Dondurma satan şirkətlər əhalini necə talayır?

Dondurma satan şirkətlər əhalini necə talayır?

Və ya litri 45 qəpiyə olan süddən alınan dondurmanın 1 kq-na 11 manat qiymət necə qoyulub?

Yay fəslinin gəlişi ilə əlaqədar dondurma mövsümü də açıq elan edilib. Əslində, dondurma elə bir məhsuldur ki, ona qışda da təlabat ola bilər. Ancaq işin mahiyyəti heç də təlabatda deyil, bu məhsulu satan şirkətlərin əhalini necə talamasındadır.

JAM.AZ xəbər verir ki, bununla bağlı maraqlı araşdırmanı tanınmış politoloq Ərəstun Oruclu aparıb. Daha doğrusu, Ərəstun bəy hər gün gördüyümüz, amma diqqət etmədiyimiz bəzi faktları açıqlayıb.

Facebook səhifəsində yayılmış həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: «Hal-hazırda Bakının ticarət müəssisələrində ən bahalı qida məhsullarından biri müxtəlif çeşidli dondurmalardır. Belə ki, Ukrayna istehsalı olan dondurmanın 1 kiloqramı 14-16 manata (60 qramlıq vafli stəkan 1 manata), Rusiya istehsalı olan dondurma 15-18 manata (80 qramlıq vafli stəkan 1,5-1,6 manata), Türkiyə istehsalı olan dondurma 18-22 manata (Eskimo tipli 100 qramlıq dondurma 1,8-2,2 manata) satılır. Bir sıra marketlərdə satılan Almaniya istehsalı olan dondurmanın isə 100 qramı 5-8 manatadır, yəni 1 kiloqramı 50-80 manata. Ən ucuz satılan isə yerli istehsal olan dondurmadır ki, onun da 1 kiloqramı orta hesabla 8-11 manatadır.

Xatırladım ki, dondurma istehsalı üçün əsas xammal sayılan südün 1 litrini şirkətlər əhalidən orta hesabla 0,45 manata alır. Yəni, təxminən 20 dəfə ucuz qiymətə. Elə həmin ticarət şəbəkəsində satılan və süddən alınan ən bahalı məhsullardan hesab edilən kərə yağının müxtəlif növlərinin 1 kiloqramı isə dondurmadan 2-4 dəfə ucuzdur».

2-07-2015, 18:31



Fikirlər