“Dostluq” parkında villası sökülən Lerikin baş həkimi infarkt oldu, icra başçısı isə…

“Dostluq” parkında villası sökülən Lerikin baş həkimi infarkt oldu, icra başçısı isə…

Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında Prezident İlham Əliyevin Səbaildəki “Dostluq” parkının məmurlar tərəfindən zəbt olunması haqda xəbərdarlığı cəmiyyətdə ciddi rezonans doğurdu. Xatırladaq ki, prezident həmin iclasda demişdi ki, bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə mərhum Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər

Sözügedən müşavirədən sonra ərazilərdəki villalar sökülməyə başladı. Eyni zamanda bu villaların kimə məxsus olması haqda da məlumatlar yayıldı. Həmin məlumatlrda deyilirdi ki, Səbail rayonu “Dostluq” parkı ərazisinin bir hissəsində qanunsuz tikilən və dövlət başçısının göstərişi ilə sökülən villalardan biri Lerik rayon icra başçısı Rövşən Bağırova məxsus olub. İcra başçısının həmin villanın tikintisi üçün 2 milyon dollara yaxın xərc çəkdiyi bildirilir. Rövşən Bağırovun villası 16 sot torpağın içində tikilib. İcra başçısının şəxsi mülkinə yaxın ərazidə isə Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevin villası olduğu bildirilir.
Lerik rayonundan olan mənbənin verdiyi məlumata görə, villaların sahibi vəziyyətin gərginliyinə tab gətirməyib və onların səhhətində ciddi problemlər yaranıb. Hətta baş həkimin infarkt keçirtdiyi bildirilir.
Məsələ ilə bağlı adları hallanan Lerik RİH başçı Röşən Bağırov və Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevin münasibətini öyrənməyə çalışdıq. Əfsüslər olsun ki, cəhdlərimiz alınmadı.(dosye.org)

29-06-2015, 20:27



Fikirlər