Azərbaycanın böyük hüquqi və siyasi qələbəsi – Təhlil

Azərbaycanın böyük hüquqi və siyasi qələbəsi – Təhlil

Azərbaycanın böyük hüquqi və siyasi qələbəsi – Təhlil

Mübariz Əhmədoğlu: "Rəsmi Yerevanın davranışı qərarın Ermənistanın əleyhinə olduğunu göstərir"

Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqovlar Ermənistana qarşı" işi üzrə qəbul etdiyi qərar obyektiv hüquqi qiymətdir və Ermənistanın ziyanındadır.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirb ki, bunu Ermənistanın davranışı deyir: "I.Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqovlar Ermənistana qarşı" işində qərar qəbul edildikdən az sonra Ermənistanda NATO-nun "Rose-Roth" proqramı çərçivəsində seminarlar keçirildi. Ermənistanın xarici işlər naziri həmin tədbirdə çıxış edərkən Avropa İnsan Hüquqları Məhkəməsinin adı çəkilən qərarı barədə neqativ fikirlər bildirdi:
A) Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aid deyil.
B) "Çıraqovlar Ermənistana qarşı" işi ətrafında Azərbaycanın spekulyasiyası tənzimləmə prosesinə maneçilik törədir".
Mərkəz rəhbəri qeyd edib ki, Ermənistanın anlamındakı tənzimləmə prosesinə cəmi 2 şey maneçilik törətmir: "Yalnız sülh yolu ilə tənzimləmə" anlayışı və ATƏT MQ-nin vasitəçiliyi. Bu iki anlayışdan başqa dünyada nə varsa, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneçilik törədir.
II. Qərar Ermənistanın xeyrinə olsaydı, "Rose-Roth" proqramı çərçivəsində keçirilən tədbirlərdə bunun təbliğatı aparılardı.
III. ATƏT MQ-nin amerikalı həmsədri C.Uorlik dərhal Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqovlar Ermənistana qarşı" qərarını neytrallaşdırmağa başladı. Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı bu qərarın Dağlıq Qarabağ tənzimlənməsi formatına təsir etməyəcəyini bildirdi. Çaşdırıcı, qeyri-müəyyən bu diplomatik fikirdən bəlli olan odur ki, Dağlıq Qarabağ tənzimlənməsinin vasitəçiləri Avropa İnsan Hüquqlarının Məhkəməsinin qərarınadək necə faəliyyət gösəribsələr, qərardan sonra da eynilə həmin qaydada işlərini davam etdirəcəklər. Uorlik "erməni soyqırımı"nın 100 illiyi tədbirində iştirakını Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olması ilə əlaqələndirdi. Uorlikə görə, "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir edir, amma Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın Dağlıq Qarabağdakı işğalçılıq fəaliyyətinə və onun nəticəsinə rəsmi hüquqi qiymət verməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir etmir. O da nəzərə alınmalıdır ki, məhkəmənin qərarı hərbi xarakterli deyil, dinc xarakterlidir. Amma Ermənistanın marağına zidd olduğu üçün C.Uorlik qərarı E.Nalbandyandan da qabaq təkzib etdi".
M.Əhmədoğlu sonra vurğulayıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı Ermənistanın işğalçı mahiyyətini hüquqi dəllirlərlə sübut edən ilk rəsmi qərardır və presedentdir: "Azərbaycan Respublikasının böyük hüquqi və siyasi qələbəsidir. Amma bundan əlavə həmin məhkəmə prosesinin qərarı Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsində vasitəçilərin bu vaxtadək istifadə etmədiyi böyük resursu işə salması deməkdir. Böyük resurs dedikdə Azərbaycandan köçüb getmiş erməniləri eləcə də Ermənistanın həm öz ərazisindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən deportasiya etdiyi qaçqın və məcburi köçkünlərin məsələsinin aktivləşməsini nəzərdə tuturuq. Avropa İnsan Hüquqlarının Məhkəməsinin "Sərkisyan Azərbaycana qarşı" işi ilə bağlı hüquqi qərarı da məhz bu resursu işə salmağa xidmət edir. Ermənistan hüquqi baxımdan ilk ciddi zərbəsini aldı. Aİ-nin Riqa və G-7-nin Almaniya samitlərinin o cümlədən, Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi kimi siyasi yayılım atəşindən sonra Avropa tərəfdən belə hüququ qərarın meydana çıxması gözlənilən idi".
Fuad Əliyev

23-06-2015, 10:17



Fikirlər