İlham Əliyevin “Euronews”a - MÜSAHİBƏSİ

İlham Əliyevin “Euronews”a - MÜSAHİBƏSİ“İKT-nin inkişafı baxımından Azərbaycan regionun mərkəzlərindən biridir”.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Realnews.az AzərTac-a istinadən xəbər verir ki,dövlət başçısı sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verib:

- Cənab Prezident, innovativ texnologiyaların həyata keçirilməsi baxımından Siz bu müqaviləni necə qiymətləndirirsiniz?

- Bu, bizim üçün əlamətdar gündür. Bu müqavilənin imzalanması kosmik sənayenin inkişafı baxımından Azərbaycan üçün çoxlu imkanlar açır. Bildiyiniz kimi, biz iqtisadiyyatımızın şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət uğurludur. İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir. Yəqin bilirsiniz ki, biz artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam edəcək. Bu, texnologiya, inkişaf, biznes, təhsil baxımından bir çox imkanlar açır. Eyni zamanda, bu peyk bizə kənd təsərrüfatı, fövqəladə hallar sahələrində, həyatımızın müxtəlif sahələrindəki imkanlarımızı daha ətraflı qiymətləndirməyə kömək edəcək. Mən bu müqaviləni yüksək qiymətləndirirəm. Eyni zamanda, bu, Fransa ilə Azərbaycan arasında ikitərəfli səviyyədə beynəlxalq əməkdaşlığın yaxşı nümunəsidir, çünki bu layihə hər iki prezident tərəfindən dəstəklənir. Eyni zamanda, “Azərkosmos” və “Airbus” arasında yaxşı əməkdaşlıq mövcuddur.

- Cənab Prezident, yəqin razılaşarsınız ki, “BakuTel” sərgisi telekommunikasiya nəhənglərini bir araya gətirir. Bu yüksək səviyyəli mütəxəssislər üçün növbəti prioritet nədən ibarət olmalıdır?

- “BakuTel”in böyük tarixi var. Artıq 20 ildir ki, biz bu sərgini keçiririk. Bu, onu göstərir ki, İKT-nin inkişafı baxımından Azərbaycan regionun mərkəzlərindən biridir. Bildiyiniz kimi, biz neft-qaz sahəsinin inkişafı, neft-qaz infrastrukturu baxımından regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il bundan əvvəl biz iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına çevirməyi qərara aldıq və transformasiya çox uğurludur. Biz qara qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk. Bu səbəbdən “BakuTel” şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanın artan iqtisadiyyatından faydalanması üçün bir çox imkanlar açır. Eyni zamanda, bu, bizə müasir beynəlxalq ekoloji inkişafın bir hissəsi olmağa imkan verir. Sonuncusu isə təhsildir. Minlərlə azərbaycanlı gənc burada hazırlanır, müxtəlif beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir. Bu, ölkənin inkişafı, müasirləşməsi, uğurlu gələcəyinə olduqca müsbət təsir göstərir.

2-12-2014, 21:53



Fikirlər