Nərimanov rayonunda quruculuq işləri sürətlə həyata keçirilir

Nərimanov rayonunda quruculuq işləri sürətlə həyata keçirilir

Ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası Abdin Fərzəliyevin rəhbərliyi altında yüksək keyfiyyətlə həyata keçirilib
Bir müddət bundan əvvəl redaksiyamıza daxil olan məlumatlarda Bakının Nərimanov rayonu ərazisində xidmət sahəsində fəaliyyət göstərən bəzi kommersiya obyektlərinin, o cümlədən daha çox avtoyuma müəssisələrinin qeyri-qanuni işləmələrinə dair iddialar irəli sürülmüşdü. Həmin məlumatlar əsasında hazırlanmış materialın dərcindən dərhal sonra isə, Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən irəli sürülən ittihamlara reaksiya verildi. Belə ki, rəhbərliyin tapşırığı ilə redaksiyamızla əlaqə saxlamış RİH-nin əməkdaşı, materialda müzakirəyə çıxarılan məsələləri araşdırmaq və ərazidə gedən proseslərlə yarində tanış olmaq məqsədilə, qəzetimizin əməkdaşını Nərimanov rayonuna dəvət etmişdi. Təbii ki, biz bu təklifi qəbul etdik. Nərimanov RİH-nin başçısı cənab Abdin Fərzəliyevin tapşırığı ilə, bizi ilk öncə özümüzün seçdiyimiz ünvanlara apardılar. Qeyd etməliyik ki, bizə təqdim olunan məlumatda göstərilən ünvanların bəzilərində ümumiyyətlə heç bir avtoyuma müəssisəsi aşkar olunmadı. Digər obyektlərin sənədlərinin araşdırılması isə, onların tam qanuni əsasda fəaliyyət göstərdiyini təsdiqləmiş oldu. Eyni zamanda, bu müəssisələrin yerləşdikləri ərazilərdə yaşayan vətəndaşlarla olan söhbətlərdən də əməkdaşımız belə bir qənaətə gəlmişdir ki, həmin obyektlərin fəaliyyəti əvvəlcədən sakinlərlə razılaşdırılmışdır və heç bir narahatlığa səbəb olmur.Həmçinin qeyd etməmək olmaz ki, bu gün məhz Nərimanov rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri özünün miqyasına və keyfiyyətinə görə paytaxtımızın bir çox digər rayonlarını xeyli qabaqlayır. Təkcə Heydər Əliyev prospektində aparılan rekonstuksiya işləri adamı valeh etmək üçün kifayətdir. Prospektin Ağa Neymətulla küçəsi ilə kəsişməsində yerləşən köhnə arxitektur binanın üstündəki məşhur “Montin saatı” isə uğurlu restavrasiyadan sonra ətaraf xüsusi gözəllik və cazibədarlıq verir. Ümumiyyətlə Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Nərimanov rayonunda mühüm infrasturktur obyektlərinin inşası vaxtında və uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri, piyada keçidləri, parklar, yeni inzibati binalar istifadəyə verilib. Yaşayış binalarının milli memarlıq üslubunda yenidən qurulması və yeraltı piyada keçidlərinin inşa olunması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilir. Xüsusən 1-ci Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlər, Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyevin rəhbərliyi altında təxirə salınmadan və yüksək keyfiyyətlə həyata keçirilib. Yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri böyük sürətlə və yüksək keyfiyyətlə aparılıb. Ötən il Nərimanov rayonunda Bakının ümumi görkəminə xələl gətirən və istismar müddəti başa çatmış, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilib. Heydər Əliyev prospekti, K.Rəhimov, akademik Həsən Əliyev küçələrində yerləşən bu binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasında və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binasında son tamamlama işləri həyata keçirilir və artıq binanın birinci mərhələdə inşa olan hissəsinə sakinlərin köçürülməsinə başlanılıb. Həmçinin Heydər Əliyev prospektinin yenidənqurulması ilə əlaqədar istismar müddətini keçmiş 8 ədəd yaşayış binasının sökülərək yerində müasir, milli memarlıq üslubunda 4 ədəd 7 mərtəbəli yeni yaşayış binalarının tikintisi uğurla davam etdirilir.

14-06-2015, 20:06



Fikirlər