İnterpol Müşfiq Atakişiyevin şərikini saxladı

İnterpol Müşfiq Atakişiyevin şərikini saxladı

Riyad Əliyevin Almaniya-Lüksenburq sərhəddində həbs edildiyi bildirilir

Bir müddət bundan əvvəl Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevin qaldırdığı iddia əsasında İnterpol tərəfindən axtarışa verilmiş Riyad Əliyev bu gün səhər saatlarında saxlanılıb. Bu barədə JAM.AZ-a Avropadakı mühacirlərdən biri məlumat verib.

Həmin məlumatda deyilir ki, rektorun şəriki Almaniya-Lüksenburq sərhəddində İnterpolun əməkdaşları tərəfindən saxlanılıb. Və hadisə səhər saat 09:00 radələrində baş verib.

JAM.AZ xatırladır ki, Riyad Əliyev Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevin ən yaxın şəriklərindən biri olub. O, universitetin Kiyevdəki filialına rəhbərlik edib. Özünün bildirdiyinə görə, Atakişiyevlə birlikdə filiala uşaq düzəldərək, oradan da Bakıya «perevod» edirmişlər. Və bu yolla külli miqdarda pul qazanıblar.

Lakin sonradan Atakişiyev təkbaşına bu işləri həyata keçirməyə başlayıb. Riyad Əliyevin isə 5 milyon manatlıq mülkünü və pulunu alaraq, geri qaytarmaqdan imtina edib. Tərəflər arasında narazılıq da bundan sonra başlayıb. Ardından Riyad Əliyev yenidən həbs oluna biləcəyini görərək, Avropa ölkələrinə sığınmalı olub.

12-06-2015, 12:37



Fikirlər