Samir Şərifov geniş miqyaslı hücuma başlayır

Samir Şərifov geniş miqyaslı hücuma başlayır

Samir Şərifov geniş miqyaslı hücuma başlayır

Maliyyə nazirinin ilk “qurban”ı “Era-Trans” sığorta şirkəti oldu

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) “Era Trans” sığorta şirkətinin lisenziyasını ləğv edib. Bu barədə DSNX-dan məlumat verilib.
Qurumun yaydığı məlumatda bildirilir ki, “Era Trans Sığorta” ASC-də aparılmış yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmamazlıqlarla əlaqədar Cəmiyyətə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin 25.11.2014-cü il tarixli əmri ilə 6 ay müddətinə dayandırılıb. Cəmiyyətin, lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar, “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq Cəmiyyətə 01.06.2009-cu il tarixdə sığorta fəaliyyətinə verilmiş lisenziya Maliyyə Nazirliyinin 09.06.2015-ci il tarixli əmri ilə ləğv edilib.
Qeyd edək ki, Samir Şərifovun nazirliyinin önəmli strukturlarından biri sayılan DSNX-ə ekspertlərin münasibəti birmənalı deyil. Bir çoxları bu qurumun effektiv fəaliyyətinə şübhə ilə yanışrlar. Məsələn, bu günlərdə yazmışdıq ki, Sığorta məsələləri ilə bağlı daxil olan müraciətlərə baxılması işinin operativliyini, keyfiyyətini və səmərəliliyini yüksəltmək məqsədilə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəsmi internet saytının "Məktub yazmaq" bölməsinə xüsusi proqram təminatı tətbiq edilib. Bu proqram təminatı vasitəsilə Dövlət Xidmətinə elektron qaydada ünvanlanan şikayət xarakterli müraciətlərin eyni zamanda, qurumun şikayətlə bağlı məlumat və sənədlərin təqdim edilməsi barədə məktubu ilə birlikdə avtomatik olaraq müvafiq sığorta şirkətinin də e-ünvanına göndərilməsi təmin olunur. DSNX nümayəndələri bildiriblər ki, qeyd olunan proqram təminatının tətbiqi şikayətlərə baxılması proseduru üçün tələb olunan müddətin xeyli azalmasına imkan verir.
Bir sıra ekspertlərin fikrincə isə, indi sığorta sistemində xeyli ciddi problemlər var və bu sahədə adi vətəndaşlar çox böyük əziyyət çəkirlər. Samir Şərifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyinin yaratdığı xidmətin isə bütün bu mövcud problemlərin həllinə heç bir faydası olmayacaq.
Amma belə görünür, Şərifov və onun nazirliyi belə düşünmür. DSNX-in ölkənin tanınmış sığorta şirkətlərindən birinin lisenziyasının ləğvi həm də bunun nümayişi sayıla bilər. Belə bir addımla sanki adıçəkilən qurumun fəaliyyətinin effektliliyi nümayiş olunur.
İddialara görə, ölkənin sığorta bazarında rastlanan qanunsuzluq halları və neqativ faktlar bundan sonra daha ciddi şəkildə Şərifovun nazirliyinin diqqət mərkəzində olacaq. Bu isə bir sıra sığorta şirkətlərinə başağrısı yarada bilər. Elə “Era Trans Sığorta” ASC-nin lisenziyasının ləğvini də bu istiqamətdə atılmış başlanğıc addım olaraq dəyərləndirmək mümkündür.
Toğrul

12-06-2015, 12:32



Fikirlər