Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Metropoliten gücləndirilmiş iş rejiminə keçir“Yeni il bayramı ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”. Bunu Lent.az-a açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. O qeyd edib ki, gücləndirilmiş rejim bayram günlərini əhatə edəcək. “Hətta yeni il gecəsi metro işçiləri adi günlərdən fərqli olaraq 1 saat çox çalışacaq".
Qeyd edək ki, Beynəlxalq Avtovağzal dekabrın 27-dən (şənbə günü) yanvarın 5-dək, dəmir yolu isə dekabrın 29-dan yanvarın 5-dək gücləndirilmiş iş rejimində çalışacaq.

19-12-2014, 12:16



Fikirlər