Mingəçevirdə DYP maşını piyadanı vurdu

Mingəçevirdə DYP maşını piyadanı vurdu

Qırmızı işıqdan keçən polis avtomobili bir nəfərin həyatına son qoyub

Dünən Mingəçevirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisənin günahkarı isə DYP əməkdaşları olub. JAM.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmin məlumatda deyilir ki, 10 YP 883 dövlət nömrə nişanlı Dövlət Yol Polisinin maşını işıqforda yolu keçən piyadanı vurub. Aldığı zərbədən piyadanın həyatını itirdiyi bildirilir.

Məlumatda vurğulanır ki, DYP maşını qırmızı işıqda yolu keçirmiş və nəticədə qəza baş verib. Hadisə ilə bağlı dəqiqləşdirmə aparırırıq.

8-06-2015, 12:13



Fikirlər