Göyçayda KrAz, Abşeronda Ford Tranzit yandı

Göyçayda KrAz, Abşeronda Ford Tranzit yandıGöyçayda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Məlikkənd kəndində vətəndaşa məxsus "Kraz" markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri və yük yerinə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Abşeronda qeydə alınıb. "Ford Tranzit" markalı yük avtomobilinin salon, mühərrik və qabaq hissəsinin 2 təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

7-06-2015, 00:44



Fikirlər