Faiq Ağayev necə xanımları bəyənir?

Faiq Ağayev necə xanımları bəyənir?Xalq artisti Faiq Ağayev bəyəndiyi xanım tipini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, "Qadına görə" verilişinin qonağı olan müğənni bəstəboy xanımları xoşladığını deyib:

"Mən yanımdakı xanımı "biqudidə" görmək istəmirəm. Saçını mən evdə olmayanda düzəltsin. Deyirlər, bəstəboy kişilər hündürboy xanımları xoşlayırlar. Məndə əksinədir. Bəy üçün vacib deyil, xanım model görünüşündə olsun. Bu, qısqanclıq yaradır.

Mənim zövqüm bəstəboy xanımlardır. Onlar daha cəlbedicidirlər, cəld olurlar. Çox iş görürlər ki, diqqət çəksinlər. Onlar ailəcanlı, ərinə diqqətcil olurlar. Bir sözlə, boyu balaca olan xanımlar əsl xəzinədirlər. Aqressiv xanımları sevmirəm".

3-06-2015, 18:33



Fikirlər