Prezidentdən Pakistana BAŞSAĞLIĞI: "Kədərinizi bölüşürəm"

Prezidentdən Pakistana BAŞSAĞLIĞI: "Kədərinizi bölüşürəm"
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə Peşavər vilayətində məktəbdə törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, başsağlığında deyilir:

“Peşəvar şəhərində hərbi məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

19-12-2014, 12:03



Fikirlər