DataLife Engine / “Yaponçik”in qatilinə hökm oxundu

“Yaponçik”in qatilinə hökm oxundu


“Yaponçik”in qatillərindən biri Moskva Şəhər Məhkəməsi tərəfindən 16 il müddətinə azadlıqdan məhrum edilib.

REALNEWS.AZ xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Xatırladaq ki, 2009-cu ildə “Yaponçik” ləqəbli “qanuni oğru” Vyaçeslav İvankov qətlə yetirilib. 28 iyul tarixində “Tayskiy slon” restoranında “Ded Xasan”la görüşən “Yaponçik” restorandan çıxarkən snayper tərəfindən vurulub.

Ağır yaralanan Vyaçeslav İvankov 9 oktyabrda Moskvanın özəl klinikalarından birində dünyasını dəyişib. Bunun ardınca kriminal dairələrdə aparılan araşdırma zamanı “Yaponçik”ə Əfqanıstan veteranı olan killerin atəş açdığı müəyyənləşib. Qətlin sifarişçisinin adını öyrənəndən sonra “qanuni oğrular” killeri öldürüb.
12-09-2023, 18:27
Вернуться назад