Sumqayıt və Abşerondan gələn maşınlar da şəhərə buraxılmayacaq

Sumqayıt və Abşerondan gələn maşınlar da şəhərə buraxılmayacaq

Sumqayıt və Abşerondan gələn maşınlar da şəhərə buraxılmayacaq - Açıqlama
Tarix: Bu gün, 10:59 | Çap et
Sumqayıt və Abşerondan gələn maşınlar da şəhərə buraxılmayacaq
Bu gündən etibarən rayon qeydiyyatında olan avtomobillərlə Bakı şəhərində taksi fəaliyyətinə icazə verilməyəcəyi barədə məlumat vermişdik.

"Qafqazinfo" xəbər verir ki, rayon qeydiyyatında olan maşınlarla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu qeydiyyatında olan maşınlara da bu qadağa şamil olunacaq. Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Kamran Əliyev bildirib ki, bu addımı atmaqda məqsəd sürücülərin rahatlığını təmin etməkdir: "Bir neçə gün sonra Bakı-Sumqayıt qatar yolu istifadəyə veriləcək. Bölgələrdən gələn minik maşınlarının isə şəhər ətrafında saxlanılması üçün dayanacaqlar var. Bu, I Avropa Oyunları zamanı əhalinin rahatlığını üçün düşünülmüş bir addımdır. Bakı qeydiyyatında olan bütün avtomobillər isə şəhərdə rahatlıqla hərəkət edəcək".

1-06-2015, 12:10



Fikirlər