Gəncədə xidmət edən generalı rus mafiozla nə birləşdirir? – “Qəbələ” sabiq baş məşqçisi, məşhur müğənni, “qanuni oğru” - FOTOLAR

Gəncədə xidmət edən generalı rus mafiozla nə birləşdirir? – “Qəbələ” sabiq baş məşqçisi, məşhur müğənni, “qanuni oğru” - FOTOLAR













The Insider saytının yaydığı fotolar Rusiyada ciddi rezonans doğurub.

Musavat.com-un sayta istinadən məlumatına görə, bu fotolarda general-leytenant Vladimir Şamanov Rusiya kriminalitetinin xaç atalarından sayılan “Mixas” ləqəbli Sergey Mixaylovla birgə yer alıb.

Məlumara görə, foto Moskvadakı Lotto Oteldə çəkilib.

Fotoların birində “Qəbələ” klubunun sabiq məşqçisi Yuri Syomin də var. Bundan başqa fotoda məşhur müğənni Aleksandr Rozenbaum, başqa “bir qanuni” oğru “Avera” ləqəbli Viktor Averin də görüntülənib.

Xatırladaq ki, “Mixas” Rusiyanın ən böyük cinayətkar qruplaşması olan “Solntsev” briqadasının rəhbəri olub.

Şamanov isə vaxtilə Gəncədə xidmət edib. O, 328-ci desant polkunun komandiri olub. Hazırda Dövlət Dumasının Müdafiə Komitəsinin sədridir.

23-06-2018, 17:00



Fikirlər