Prezident yol tikintisinə 4,4 milyon manat ayırdı — Sərəncam

Prezident yol tikintisinə 4,4 milyon manat ayırdı — Sərəncam













Prezident İlham Əliyev aprelin 30-da “Goranboy rayonunun Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
On iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

1-05-2018, 17:46



Fikirlər