İlham Əliyev Koreyanın dövlət başçısına başsağlığı verib

İlham Əliyev Koreyanın dövlət başçısına başsağlığı verib














Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib.
AZTB.info xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,
Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

27-01-2018, 10:40



Fikirlər