Azərbaycanda ilk yerli antivirus funksionalı hazırlanıb

Azərbaycanda ilk yerli antivirus funksionalı hazırlanıb

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) ilk yerli antivirus proqramının interfeysini və funksionalını hazırlayıb.

Bu barədə Trend-ə Mərkəzdən bildiriblər.

Söhbət kompüter viruslarının təhlilinin multifunksional proqramından (Multifunctional Analysis Program - MAP) gedir. Proqram istifadəçilərə tərkibində zərərli kodların olduğu şübhəli faylları təhlil etməyə imkan verəcək.

CERT-dən deyiblər ki, multifunksional proqramın əlçatan interfeysi var.

5-05-2016, 09:39



Fikirlər