Ova gəlmiş şeyxlərin maşınları geri göndərildi

Ova gəlmiş şeyxlərin maşınları geri göndərildi


Azərbaycanlı məmur 2 ədəd «Gallenvagen» və 1 ədəd «Range Rover» markalı avtomobili yük maşınıyla Dubaya yollayıb

Bir müddət əvvəl Azərbaycana səfərə gələn Dubay şeyxlərinin ov üçün təşrif buyurduqları məlum olmuşdu. JAM.AZ xəbər verir ki, xüsusi təlim görmüş şahin quşları ilə Aran bölgəsində ov mərasimi təşkil etmiş ərəb şeyxləri özləri ilə xüsusi avtomobillər də gətirmişdilər.

Belə ki, 6 təkərli «Gallenvagen» markalı avtomobili yollarda görənlər təəccüb eləmişdilər. Hətta xüsusi hazırlanmış «Range Rover» markalı avtomobil də bir çoxlarının görmədiyi nəqliyyat vasitəsi idi. Ov mərasimindən sonra geri dönən ərəb şeyxlərinin avtomobilləri isə Azərbaycanda qalmışdı.

JAM.AZ xəbər verir ki, bu gün Dubay əmirlərinə məxsus iki ədəd «Gallenvagen» və bir ədəd «Range Rover» markalı avtomobil yük maşanıyla geri yola salınıb. Və yol xərclərini isə Azərbaycandan olan məmurlardan biri çəkib.

3-06-2015, 16:24



Fikirlər