Yayın dadlı zəhəri - TƏHLÜKƏ ağzımızın içində

Yayın dadlı zəhəri - TƏHLÜKƏ ağzımızın içində

Yaz-yay mövsümünün başlaması ilə əlaqədar olaraq, hər kəs, böyükdən-kiçiyə sərinlənmək, ağız dadını dəyişmək üçün dondurma almağa tələsir. Dondurmanın tərkibində protein, karbohidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər, həmçinin maqnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar olduğu üçün orqanizmə xeyri böyükdür.

Bu gün ticarət şəbəkələrində, dükan-bazarlarda, restoranlarda müştərilərə geniş çeşiddə həm ölkədə, həm də xaricdə istehsal olunan dondurmalar təklif edilir. Hazırda mağazalarda qiyməti 30 qəpikdən tutmuş 50 manatadək olan müxtəlif çeşiddə dondurma satılır. Dondurmaların qiyməti ilə yanaşı onların keyfiyyəti də maraqlıdır.



Hazırda ölkə bazarına çıxarılan dondurmalar doğrudanmı keyfiyyətli, yüksək gigiyenik şəraitdə, müasir texnologiya əsasında istehsal edilib? Neçə illərdir tənqid hədəfinə çevrilən dondurma istehsalı müəssisələrində vəziyyət dəyişibmi? Ölkə bazarında satışa çıxarılan dondurmaların keyfiyyətinə təminat verilirmi?

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev bizimyol-a dedi ki, daha onlar dondurmaların keyfiyyətinə nəzarət və yoxlama funksiyasını həyata keçirə bilmirlər: "01 noyabr 2015-ci il tarixindən qüvvəyə minən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna əsasən, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb.

İstehlakçı hər hansı bir neqativ halla rastlaşarsa, bizə müraciət edə bilər. Həmin qanunun 1-ci maddəsinə əsasən, təhlükəsizlik qaydalarına və sanitar-gigiyenik qaydalara riayət edilməsinin yoxlanılması Səhiyyə Nazirliyi tərəfindən aparıla bilər. Amma bunun üçün İqtisadiyyat Nazirliyinin razılığı lazımdır. Onu da bildirim ki, dondurma mövsümü yeni başladığından hələlik bununla bağlı şikayət daxil olmayıb".

5-05-2016, 09:44



Fikirlər