Bu qidaları yesəniz, gecə rahat yatarsınız - SİYAHI

Bu qidaları yesəniz, gecə rahat yatarsınız - SİYAHI

Mütəxəssislər qidalanma formasının yuxuya təsir etdiyini deyirlər. Elə isə rahat yuxu üçün hansı qidaları yemək lazımdır? Milli.Az lent.az-a istinadən rahat yuxunu təmin edən qidaların siyahısını təqdim edir.

Karbohidratlar

Yulaf və qara düyü kimi tam taxıllı qidalar qan şəkərini tarazlıqda saxlayaraq enerjinin bədənə yavaş-yavaş yayılmasını təmin edir. Yatarkən də bədəniniz və beyniniz qlükozaya ehtiyac duyur. Qlükoza səviyyəsi düşdükdə adrenalin və kartizol kimi hormonlar ifraz edilir, bu isə sizi oyandıra bilər.

Protein

Yaxşı bir gecə yuxusu üçün ət, balıq, lobya, mərci, çərəzlər kimi zülal baxımından zəngin qidalar yeyilməlidir. Çəkinizdəki hər kiloqram üçün 1 qram zülal yeməlisiniz. Məsələn, 50 kilo çəkisi olan bir qadın 50 qram zülal yeməlidir. Lakin həzmi çətin olan yüksək zülallı qidaları yatana yaxın yemək məsləhət deyil.

Balqabaq tumu

Maqnezium baxımından zəngin olan balqabaq tumu bədəninizdəki əzələ liflərini rahatlaşdıraraq, gözəl bir yuxuya imkan verir. Həkimlər gündə 2 qaşıq balqabaq tumu yeməyi məsləhət görür.

Hindistan qozu suyu

Axşam içəcəyiniz bir stəkan hindistan qozu suyu rahat yuxuya səbəb ola bilər. Kalium, kalsium, maqnezium, fosfor və natrium tərkibi ilə əzələlərinizi rahatlaşdırar, yuxunuzun pozulmasına mane olar.

Gilas

Gilasda az miqdarda olan melatonin hormonu yuxunu tənzimləməyə kömək olur, yuxu müddətini artırır.

Sink

Bir çox digər dəniz məhsulları, tam taxıllı qidalar, çərəzlərdə olan sink də yuxuya köməkçidir. Eyni zamanda sink tritofanin, serotonin və melatonin üçün lazımlıdır.

Hinduşka

Hinduşkada yüksək miqdarda olan tritofan yuxunu asanlaşdırır. Bununla yanaşı, sink və B6 vitamini qaynağıdır. Lakin axşamlar yedikdə narahatlıq yarada bilər, ona görə də gündüz yeməniz daha yaxşıdır.

Maqnezium

Qara buğda, balqabaq tumu, dəniz məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və quru meyvələr maqnezium qaynağıdır. Maqnezium əzələləri rahatlaşdıran təbii bir sakitləşdirici rolunu oynayır. Maqnezium çatışmazlığı yuxusuzluq problemi yaradır.

Bitki çayları

Çobanyastığı başda olmaqla bir çox bitki çaylarını gecə yatmazdan əvvəl içdikdə rahat yuxuya getməyinizə şərait yaradacaq. Bitki çayları əsəbləri və əzələləri rahatlaşdıraraq, yuxunu asanlaşdırır.

1-04-2016, 09:44



Fikirlər