Gəncə sakini spirtli içkidən zəhərləndi

Gəncə sakini spirtli içkidən zəhərləndi

Gəncədə ölüm hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhərin Məhsəti qəsəbə sakini, 1983-cü il təvəllüdlü Vüsal Məsimov dünyasını dəyişib. Onun meyidini müayinə edən zaman V. Məsimovun həddindən artıq spirtli içki qəbul etməsi nəticəsində zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

1-04-2016, 09:43



Fikirlər