Hepatit C Virusunun yayılmasının profilaktikasına dair tövsiyyələr

Hepatit C Virusunun yayılmasının profilaktikasına dair tövsiyyələr

Hepatit C Virusunun yayılmasının profilaktikasına dair tövsiyyələr


Dr.Mahirə Qədirova: “Xəstəliyin sağlamlığa vurduğu ağır ziyan yoluxmanın, hətta praktik olaraq mümkün olmadığı hallarda da təhlükədən qorunmağa vadar edir” Məlum olduğu kimi, Hepatit-əsasən virus yoluxması ilə yaranan qaraciyər iltihabıdır. Hepatit C-viruslu hepatitin ən ağır formasıdır. Hepatit C Azərbaycanda ən geniş yayılmış infeksiyalardandır. Hepatit C, qaraciyərin sirrozu və qaraciyərin xərçəngi kimi olduqca ağır nəticələrə gətirib şıxara bilər. Hepatit C virusu insandan insana ötürülməklə yayılır. Əksər hallarda xəstəlik əlamətlərsiz olaraq inkişaf edir və təsadüfi qan analizi ilə ortaya çıxır. Beləliklə, bir çox insan böyük təəccüblə öyrənirlər ki, sən demə, onlar bu yoluxma ilə yaşayırlarmış, həm də çox güman ki, uzun bir müddət ərzində. Adətən Hepatit C tatu vurulması, qulaqların deşilməsi, donor qanın verilməsi və bir iynənin bir neçə adam tərəfindən istifadə olunması zamanı ötürülür. Tez-tez hepatit C-nin cinsi yolla ötrülməsi haqqında suallar yaranır. Elə bu suallarla da tanınmış həkim-hepatoloq Mahirə Qədirovaya müraciət etdik. Məmnuniyyətlə cavablandırdı. - Cinsi yolla ötürülmə zamanı Hepatit C virusuna yoluxma necə baş verir? - Hepatit C ötürülməsində cinsi əlaqə yolu mümkündür, lakin bu halda cinsi yolla ötürülmə riski olduqca minimaldır. Amma xəstəliyin sağlamlığa vurduğu ağır ziyan yoluxmanın, hətta praktik olaraq mümkün olmadığı hallarda da təhlükədən qorunmağa vadar edir. Bu ən çox virus daşıyıcısı olan xəstələrlə əlaqədə olan şəxslər üçün aktualdır. Axı bilməməzlikdən, yoluxma qorxusundan, hətta ən isti münasibətlər belə pozula bilər. Virusun cinsi yolla ötürülməsi o halda baş verir ki, yoluxmuş sekret (insan orqanizmindən ifraz edilən istənilən maddə) və ya yoluxmuş qan sağlam insanın orqanizminə seliklə daxil olsun. Lakin yoluxmanın baş verməsi üçün sadəcə yoluxmalı sekretin olması kifayət deyildir. Burada həmçinin meyl oyadan amillər də mövcud olmalıdırlar: orqanizmin ifraz etdiyi sekretdəki virusların çoxsaylı olması. virusların rastlaşdıqları selikli qişanın bütövlüyü, digər cinsi yoluxmaların (viruslu və bakterial) mövcudluğu. Kişi toxumunda, vagina ifrazatlarında, tüpürcəkdə Hepatit C virusunun tərkibinin aşkar edilməsi üzrə tədqiqatlar ondan xəbər verir ki, onlarda virus çox az sayda aşkar edilir və olanda ada onlar aşağı titrdə olur, Hepatit C cinsi yolla yoluxmanın aşağıl tezliyinin əsasında da elə bu dayanır. - Hansı amillər cinsi yolla Hepatit C virusuna yoluxma təhlükəsini yüksəldir? - Seksual davranış xüsusiyyətləri olan şəxslərdə yüksək zədələnmələrlə əlaqədr olan təhlükə amilləri aşağıdakılardır: HİV koinfeksiyası homoseksualizm, zöhrəvi xəstəliklər (herpes, trixomonoz, qonoreya); Selikli qişanın zədələnməsi təhlükəsi olan sexs (misal üçün, anal seks). Beləliklə, qeyd etmək olar ki, cinsi yolla Hepatit C virusuna yoluxma təhlükəsi mövcud olsa da, bu, olduqca zəifdir. - Hepatit C virusunun cinsi yolla ötürülməsinin profilaktikası üçün hansı praktiki tövsiyələr vardır? - Daimi cinsi partnyorlarda Hepatit C –yə yoluxmanın onsuz da aşağı olan təhlükə dərəcəsini daha da aşağı salmaq üçün maneə kontrasepsiyası (prezervativ) metodundan istifadə etmək olar. Məqsədəuyğundur ki, dövri olaraq (ildə bir dəfə) Hepatit C markerləri yoxlanılsın. Hepatit C yoluxmuş və bir neçə cinsi partnyoru olan və ya müxtəlif qısamüddətli cinsi əlaqələr yaşayan şəxslərə prezervativdən istifadə etmələri tövsiyə edilir. Digər cinsi infeksiyaların mövcud olduğu, menstruasiya dövründə sekslə məşğul olan zaman, eləcə də selikli qişanın yüksək zədələnmə təhlükəsinin mövcud olduğu sekslə (anal seks və s.) məşğul olan zaman prezervativdən istifadə etmək məqsədəuyğundur. Artıq yoluxmuş cinsi partnyorun, üzərində qan izləri ola biləcək şəxsi əşyalarından (diş fırçası, ülgüc, manikür ləvazimatları və s.) istifadə etmək tövsiyə edilmir. Bir daha diqqətinizə çatdırmaq istərdim ki, cinsi əlaqə yolu ilə Hepatit C virusunun ötürülməsi bu virus üçün əsas yol deyil. Virus əsasən orqanizmə qan vasitəsilə daxil olur. Hər bir halda, əgər Hepatit C virusuna yoluxma təhlükəsi varsa, tez bir zamanda virusun qanda olub-olmamasını yoxlamaq məsləhət görülür.

11-09-2015, 01:27



Fikirlər