“Şou-biznesi İlhamə Quliyeva idarə edir…”

“Şou-biznesi İlhamə Quliyeva idarə edir…”

Müğənni Elvin Abdullayev şou-biznesi idarə edənlərdən danışıb.

Teref.info axşam.az-a istinadən xəbər verir ki, ifaçı “Onlar”a açıqlamasında sənət aləmində hər şeyin xalq artisti İlhamə Quliyevanın əlində olduğunu deyib:

“Şou-biznesi qaymaqlar idarə edir. Onun başında isə İlhamə Quliyeva dayanır. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və Röya da idarə edənlər arasındadır. Kimsə çaşanda isə İlhamə xanım ona çəki-düzən verir. Şou-biznesi Tolik idarə edə bilməz. Bu aləmi qaldırmaq məsələsi onluq deyil. O, sadəcə, iş düzüb-qoşa bilər. Hərənin öz qruplaşması var. Kiminsə irəliləməsi onlardan asılı deyil. Sadəcə, kimi hara yönləndirmək onların əlindədir. Mən İlhamə Quliyevanın qruplaşmasında olmaq istəyərəm”.

24-08-2015, 23:04



Fikirlər