Alim Qasımovla qızının məşhur qrupla konserti olacaq

Alim Qasımovla qızının məşhur qrupla konserti olacaq

Azərbaycanın xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova Polşada keçiriləcək "Jaroçin 2015 Festivalı"nda çıxış edəcəklər.

Bu barədə "Report"a Alim Qasımovun mətbuat katibi Səadət Möhübbətova məlumat verib. Onun sözlərinə görə, azərbaycanlı sənətkarlar iyulun 17-də Polşaya yola düşəcəklər.

İyulun 18-də "Jarocin 2015" mahnı festivalında Alim Qasımov və qızı Fərqanə Qasımovanın "VOVO" qrupu ilə birgə konsert proqramı olacaq:

"Alim Qasımov qızı Fərqanə xanımla məşhur "VOVO" qrupunun iki mahnısını duet şəklində ifa ediblər. Hər iki mahnı qrupun son diskində yer alıb. Bu səbəbdən "VOVO" qrupunun solistləri "Jaroçin 2015" festivalı çərçivəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər. Ona görə də Alim müəllimlə Fərqanə xanım Polşaya gedəcəklər. Alim Qasımovu müşayiət edən trio bu dəfə konsertdə olmayacaq. Onları polşalı qrup müşayiət edəcək".

Sənətkarlar iyulun 19-da Azərbaycana dönəcək.

Xatırladaq ki, A.Qasımovun növbəti xarici səfəri avqustun sonunda Malayziyaya olacaq.

30-07-2015, 11:46



Fikirlər