Avropa Oyunları günlərində Bakıdakı konsertlərin siyahısı

Avropa Oyunları günlərində Bakıdakı konsertlərin siyahısı

Bakıda keçirilən İlk Avropa Oyunları günlərində Mədəniyyət və Turizm Nazirliyi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə ölkəmizə gələn turistlər üçün iyunun 12-dən 28-dək maraqlı konsert proqramlar hazırlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, 16 iyun tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Sexteto Mayor" qrupunun konserti, 20 iyun tarixində 19:00-da Heydər Əliyev Sarayında "Kibbutz Contemporary Dance Company "Blackout (Lullaby For Bach)" konserti, 21 iyun tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Ondekoza: Japanese Demon Drummers Revives Earth "Put the soul into one strike" (Yaponiya) konserti, 22 iyun tarixində saat 19:00-da Heydər Əliyev Sarayında Alla Duhovas TODES Ballet: "Attention" konserti olacaq.

Bundan başqa, 24 iyun tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Le Div4s: "The Great Italy" və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor - Marçello Rota (İtaliya) konserti və 26 iyun tarixində saat 19:00-da Heydər Əliyev Sarayında Rhythm of the Dance: "Back to our Irish Roots" konserti keçiriləcək.

24-06-2015, 10:17



Fikirlər