DataLife Engine / Rusiya Putinin “qorxulu” “Sarmat” raket sistemini hazır vəziyyətə gətirdi

Rusiya Putinin “qorxulu” “Sarmat” raket sistemini hazır vəziyyətə gətirdi


REALNEWS.AZ xəbər verir ki, bu barədə "İnterfaks” və "Meduza" məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi 2022-ci ilin aprelində "Sarmat”ın ilk uğurlu sınaqlarını elan edib. Lakin 2023-cü il fevralın 20-də ABŞ prezidenti Co Bayden Kiyevdə olarkən ruslar "Sarmat” raketinin uğursuz sınağını keçiriblər.

"Sarmat” qitələrarası ballistik raketi Rusiyanın strateji raket sistemidir. Ruslar iddia edirlər ki, o, öz xüsusiyyətlərinə görə bütün müasir RƏM sistemlərini üstələyə bilir və dünyada ən uzun hədəflərə malik silah sayılır.

Rusiyanın rəsmi məlumatlarına görə, "Sarmat” raketi 11 min kilometrdən çox uçuş məsafəsinə malikdir və 100 ton ağırlığında döyüş başlığı daşıya bilir.

2023-cü ilin iyununda Vladimir Putin hərbi məzunlarla görüşdə ordudakı ən son silahları ilə öyünüb və yeni ağır raket daşıya bilən "Sarmat” buraxılış qurğularını hazır vəziyyətə gətirəcəyi ilə hədə-qorxu gəlib. O, həmçinin Rusiya silahlı qüvvələrinin bütün komponentlərinin potensialının artırılması planlarının tam şəkildə həyata keçiriləcəyinə əmin edib.
1-09-2023, 19:31
Вернуться назад