Qışda xəstələnmək istəmirsinizsə, əməl edin – QIZIL QAYDALAR

Qışda xəstələnmək istəmirsinizsə, əməl edin – QIZIL QAYDALAR

Mövsümi depressiya ən sıx qışda yaşanır. Yağışlı və buludlu hava şərtlərindən dolayı günəş işığının çatışmazlığı beyində xoşbəxtlik hormonu və dəridə D vitamin ifrazını azaldır.

Buna görə işlədiyimiz yerin mümkün olduğunca çox gün işığı ala bilməsi vacibdir. Hər gün işə gedərkən bir dayanacaq qarşıda düşüb gün işığında günəş eynəyi taxmadan gəzmək qışa uyğunlaşmanı asanlaşdıracaq.

Mütəxəssislər pozitiv dostlarla vaxt keçirməyin, hobbilərlə məşğul olmağın, sosiallaşmağın depressiya riskini azaltdığını bildirir.

Günəş yardımı ilə dərimizdə ifraz edilən D vitamini immunitet sistemini dəstəkləyir. Əsasən yayda yaxşı istirahət edə bilməyən, günəş görməyənlər havaların soyuması nəticəsində viruslarla yayılan qrip kimi xəstəliklərə daha tez yoluxurlar. Bu insanların həkimə gedib D vitamin qəbulunu artırması mütləqdir.


İdman olmayan bir həyat təsəvvür etmək olmaz

Gündə 2 saatdan çox TV izləmək infarkt riskini 2 qat artırır. Evdə, ya işdə oturaraq vaxt keçirmək şəkər və ürək xəstəliyi riskini ikiqat artırır və 30 dəqiqəlik idmanın faydasını heç edir. Buna görə 1-2 saatdan bir 2 dəqiqə qalxıb gəzmək lazımdır.
Müntəzəm idman döş və sütun xərçəngi riskini 25-30 % azaldır.


Mümkündürsə idmanı bayırda edin

Üşümək bir çox insanda şirniyyata həvəs artırır. Bu da çəki artmasına səbəb olur. Dərialtı yağ toxumasının artımı üşüməni azaltsa da, artıq çəkinin gətirəcəyi xəstəlikləri unutmaq olmaz. Fəsli istilik dəyişkənliyinə uyğunlaşmaq üçün həftədə ən az 3 gün bayırda 30-40 dəqiqə qaçmaq, piyada gəzmək lazımdır.

İdman fəsli depressiya riskini azaldır. Bədəndə xoşbəxtlik hormonu ifrazını dəstəkləyir.
Sərin havada edilən idman daha çox kalori yandırmağa kömək etdiyi kimi, soyuğa dözümü də artırır. Yaponiyada bir araşdırmanın nəticələrinə görə, meşədə 2 saatlıq piyada gəzmək immunitet hüceyrələrinin qısa müddətdə artmasını, güclənməsini təmin edir.
İdmana vaxt ayıra bilməyənlər alış-verişə piyada gedər, lift yerinə nərdivan istifadə edə bilərlər. Gündə 10 dəqiqəlik də olsa edilən fiziki hərəkət də eyni təsiri göstərir.
Müntəzəm idman edənlərin soyuqdəymə və qripə yoluxma halları yüzdə 50 daha azdır. Yoluxduğunda özünü yorğun hiss etməz və idmana davam etməklə yüzdə 30 daha tez sağalar.

Hər şeyin başı sağlam yuxudur

6-8 saatlıq yaxşı keçən bir gecə yuxusu sağlamlıq üçün çox əhəmiyyətlidir.



Yarım qalmış, keyfiyyətsiz, əskik, ya çox yuxu bunlara yola açır:


İmmunitet sistemini ciddi şəkildə pozur.

Yaddaşı çox zəiflədir, diqqət dağınıqlığı yaradır.

Zehni və fiziki performansı aşağı salır.

Melatonin kimi yuxu hormonlarının balansını pozub xərçəngə səbəb olan oksidasin hazırlayan maddələrə qarşı davamlılığa yola açır.

Stresslə bağlı ürək, təzyiq, mədə-bağırsaq xəstəliklərini artırır.

Gənclik hormonu adlanan böyümə hormonun azalmasına səbəb olur.

Xroniki yuxusuzluq hər hansı bir səbəbdən ölüm riskini 3 qat artırır.

5 saatdan az və ya 9 saatdan çox yatmaq infarkt, iflic riskini 50%-ə qədər artırır.

Şəkər xəstəliyinə meylliliyi artırır.

Tox ikən belə, tez acmağa, kilo artımına səbəb olur.

Şiş inkişafını 2-3 qat artırır.


Bəs nə etməməliyik?

Yatmadan 2-3 saat əvvəl yeməyi, şəkərli qidaların qəbulunu kəsməlisiniz.

Yüngül proteinli qidalarla kifayətlənməlisiniz.

Tam qaranlıq və səssiz şəraitdə yatın.

22:00 dan gec yatmamalı və həmişə eyni saatda yatıb-oyanmağı vərdiş etməlisiniz.

Gündüz mümkün olduğunca parlaq günəş işığında, ya da floresan altında qalmalı, axşam yatana qədər isə az işıq altında oturmaq lazımdır.


Çay, qəhvə fasilələri

Gün içində 2-3 saatdan bir 5 dəqiqəlik çay fasiləsi verin. Dinclik və işə yenidən diqqəti yönləndirməyə kömək edir. Təzə dəmlənmiş bir içkilərdə antioksidan flavonoid qrupu maddələr olur. Digər alternativ isə isti şokolad içməkdir. Kakao damarı genişlədir, təzyiq və ürək-damar xəstəlikləri riskini azaldan xoşbəxtlik hormonu - serotonin ifrazını artırır.


Qidalanmağa diqqət edin

Tez xəstələnməmək üçün probiotik tərkibli qatıq, sarımsaq, soğan, evdə hazırlanmış turşu, kefir, çuğundur suyu, təzə tərəvəzlər, nar, C vitamin tərkibli qidalar yeyin. Quşburnu, nanə-limon, zəncəfil, darçın için.

Şəkərli unlu qidalar bakteriyalara qarşı mübarizəni çətinləşdirdiyi üçün az yeyin.

Süfrəyə çox ac oturun. İş çox olduğundan yeməyin vaxtında yeyə bilməyənlər oturduğu yerdə 4-5 ədəd qovrulmuş badam, qoz, fındıq yemələri zehni açır və aclığı yox edir.

7-12-2015, 19:11



Fikirlər