Fransız sayağı göbələkli ət resepti

Fransız sayağı göbələkli ət resepti

Tərkibi:
Ət- 500q
Soğan- 1 ədəd
Göbələk-3-4 ədəd
Pendir-200 q
Mayonez-1 xörək qaşığı
Duz-istiot

Hazırlanması:
Əti 4-5 hissəyə ayırıb bir gün öncə bir az döyüb, üzərinə duz-istiot səpip, mayanez çəkib soyuducuda saxlayırıq.
Falqa kağızının üzərinə əti qoyub üzərnə yumru-yumru doğradığımız soğanı düzürük.
Sonra pomidoru düzürük.Göbələyi də düzdükdən sonra falqanı büküb 200 dərəcədə 50 dəqiqə bişiririk.
Sonra falqanı açıb üzərinə sürtgəcdən keçirdiyimiz pendiri əlavə edib 20 dəqiqə daha sobaya qoyuruq. Fransızsayağı ətimiz hazırdır.

Nuş olsun!

7-09-2015, 11:39



Fikirlər