Qarabaşaq (qreçka) şorbası

Qarabaşaq (qreçka) şorbası

Bəzən menyuda fərqlilik istəyəndə fantaziya köməyə gələ bilir.
Lap mənim bu şorbam kimi... wink
İndiyə kimi nə eşitmiş, nə də görmüşdüm.
Sınaqdan keçirdim, çox ləzzətli, cana faydalı bir şorba alındı.
Sizlər də bişirin, inanıram ki, heyifsilənməyəcəksiniz.
Lazım olan vəsaitlər:
4-5 nəfərlik ailə üçün
5-6 tikə toyuq əti
1 st. qarabaşaq
1 baş soğan
2 pomidor
2 bolqar bibəri
2 kartof
Yağ, duz, istiot
Hazırlanması:
Toyuq qaynadılır. Tavada xırda doğranmış soğan qızardılır, bura xırda doğranmış pomidor və bibər əlavə edilib, "öldürülür". Kartof da xırda doğranır və bütün vəsaitlər toyuq qaynayan qazana əlavə edilir. Duz, istiot əavə edilib hazır olanadək bişirilir.
Şorbamız hazırdır.
Nuş olsun!

7-09-2015, 11:38



Fikirlər