“Dəyirmançı” salatı

“Dəyirmançı” salatı

“Dəyirmançı” salatının hazırlanma qaydasını təqdim edirik

Tərkibi:

300 q marinə edilmiş göbələk
4 yerkökü
200 q pendir
2 duzlu xiyar
300 q ət (istənilən)
4 yumurta
300 q mayonez

Yerkökünü, yumurtanı, əti ayrı-ayrılıqda bişirin.

Yerkökü və yumurtanı soyudub təmizləyin, sürtgəcin iri gözündən keçirin.

Əti və göbələyi xırda doğrayın. Pendiri sürtgəcdən keçirin.

Aralarına mayonez çəkməklə lay-lay düzün: göbələk + yerkökü + pendir + duzlu xiyar + ət + yumurta.

Üzərini yumurta və göbələklə bəzəyin.

Nuş olsun!

30-07-2015, 11:50



Fikirlər