Azərbaycanın elektrik enerjisinin ixracı niyə yubanır?

Azərbaycanın elektrik enerjisinin ixracı niyə yubanır?"Azərbaycan-Gürcüstan-Türkiyə" enerji körpüsü çərçivəsində Azərbaycandan elektrik enerjisinin ixracına kommersiya məsələlərinin həllindən sonra başlanacaq.

Bu barədə Trend-ə ölkənin enerji bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, enerji körpüsü çərçivəsində elektrik enerjisinin ixracının təmin olunması üçün bütün zəruri texniki işlər həyata keçirilib: "Kommersiya məsələlərinin həllindən sonra artıq elektrik enerjisinin ixracına və tranzitinə başlamaq mümkün olacaq”.

Bununla yanaşı, mənbə Azərbaycandan elektrik enerjisinin Gürcüstan vasitəsilə Türkiyəyə tranzitlə ixracına başlamağın mümkün olacağı tarixi açıqlamayıb: "İxrac əməliyyatlarına başlamaq barədə danışmaq hələlik çətindir".

25-01-2015, 20:33



Fikirlər