Nazirdən müəllimlərə şad xəbər: maaşlar artırılır

Nazirdən müəllimlərə şad xəbər: maaşlar artırılır













"2018-ci ilin dövlət büdcəsində təhsil sahəsində xərclərdə kifayət qədər böyük artım var".

Bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təhsil sahəsində xərclərin artımı prezident İlham Əliyev tərəfindən təsdiqlənən proqrama uyğun olaraq orta məktəblərdə çalışan müəllimlərin əmək haqlarının artırılması istiqamətində aparılan məqsədyönlü tədbirlərin aparılması ilə bağlıdır: "Burada böyük işlər görülür. Artıq diaqnostik qiymətləndirmə işləri başa çatmaq üzrədir. Bununla əlaqədar müəllimlərin əmək haqları əhəmiyyətli dərəcədə artıb. Həm məktəb direktorlarının, həm də müəllimlərin əmək haqları yüksəlib. Artıq çox bacarıqlı, savadlı, səriştəli müəllimlər yüksək maaş almaq imkanını qazanıblar".

///Apa

28-12-2017, 11:59



Fikirlər