48 mindən çox abituriyent sınaq imtahanı verəcək

48 mindən çox abituriyent sınaq imtahanı verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 3-də 30 şəhər və rayonda sınaq imtahanları keçirəcək

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunacaq.

Bildirək ki, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48123 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.

28-03-2016, 08:54



Fikirlər