Millimiz irəlilədi

Millimiz irəlilədi

Bu gün milli komandaların növbəti FİFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıda dünyanın 209 yığması yer alıb.

Sonuncu dəfə aprelin 7-də dərc olunan cədvəldən sonrakı 28 gündə yığma səviyyəsində qarşılaşmaların, demək olar ki, yox dərəcəsində olması üzündən siyahıda dəyişikliklər az olub. Bu dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib.

Xal hesabı dəyişməsə də, yığmamız bir pillə irəliləyib. Belə ki, heç bir matça çıxmayan Robert Prosineçkinin yetirmələri 269 xalla 133-cü pillədə qərarlaşıblar. Ötən ay 134-cü olan komandamızın bu irəliləyişinin səbəbi Küveytin 14 pillə geriləməsidir. Asiyalılar 126-cı yerdən 140-cı pilləyə yuvarlanıblar. Yığmamız 28 gün əvvəl olduğu kimi yenə mövqeyini Svazilendlə bölüşür.

Dünyanın 14-cü "onluğ"u
130 (131). Fələstin - 271
130 (132). Bəhreyn - 271
132 (133). Qayana - 270
133 (134). AZƏRBAYCAN - 269
133 (134). Svazilend - 269
135 (136). Namibiya - 267
136 (137). Aruba - 259
137 (138). Madaqaskar - 257
138 (139). Litva - 254
139 (140). Sent-Lusiya - 247
140 (126). Küveyt - 244

Dünyanın ən güclü 10 komandasının mövqeyində də heç bir dəyişiklik olmayıb. 3 yığma - Belçika, Çili və Braziliya xal hesabını artırsa da, irəliləyə bilməyib.

İlk "onluq"
1 (1). Argentina - 1532
2 (2). Belçika - 1364
3 (3). Çili - 1353
4 (4). Kolumbiya - 1337
5 (5). Almaniya - 1309
6 (6). İspaniya - 1277
7 (7). Braziliya - 1261
8 (8). Portuqaliya - 1184
9 (9). Uruqvay - 1158
10 (10). İngiltərə - 1069

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyi dəyişməz qalıb. Onların xal hesabında da dəyişiklik qeydə alınmayıb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
5 (5). Almaniya - 1309
26 (26). Şimali İrlandiya - 825
29 (29). Çexiya - 810
49 (49). Norveç - 605
200 (200). San-Marino - 20

Avstriyada keçiriləcək toplanış zamanı baş tutacaq yoxlama oyunlarındakı rəqiblərimizdən Kanada 357 xalla 95-ci, Makedoniya 235 xalla 141-ci, Andorra 5 xalla 202-ci yerdə qalıb.

Qeyd edək ki, qonşu Türkiyə yığması 13-cü yerdə qərarlaşıb. Mövqeyi dəyişməyən "ay-ulduzlular" 983 xala malikdir.

Milli.Az

5-05-2016, 09:40



Fikirlər