Finalda iki idmançımız - canlı yayım (yenilənir)

Finalda iki idmançımız - canlı yayım (yenilənir)

Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün Avropa Oyunlarında ölkəmizə medal qazandırmaq üçün yarışacaqlar.
Axşam.az-ın məlumatına görə, Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışların ikinci günündə Heydər Əliyev adına İdman Sarayında 4 idmançımız yarışır.
İlk olaraq xalça üzərinə təsnifat yarışından 66 kq çəki dərəcəsində Həsən Əliyev çıxıb. O, Gürcüstandan olan Saçino Davitaya ilə üzləşib. Təmsilçimiz 4:2 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb. O, 1/8 final mərhələsində Xorvatiya idmançısı Daniyel Yaneçiç ilə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Həsən Əliyev 1/4 finala vəsiqə əldə edib.
75 kq çəki dərəcəsində təsnifat mərhələsində təmsilçimiz Elvin Mürsəliyev Slovakiya idmançısı Riqo Riçardla qarşılaşıb.
Azərbaycan güləşçisi rəqibi üzərində vaxtından əvvəl 8:0 hesabı ilə tam qələbə qazanaraq 1/8 finala çıxıb. 1/8 final mərhələsində Rumıniya idmançısı İonel Puskasu ilə qarşılaşıb.
Güləşçimiz rəqibi ilə 2:2 hesablı bərabərə qalsa da, rumın güləşçinin hesabında bir xəbərdarlıq olduğundan növbəti mərhələyə Azərbaycan təmsilçisi vəsiqə qazanıb.

85 kq çəki dərəcəsində təmsilçimiz Saman Təhmasibi təsnifat mərhələsində İtaliya idmançısı Fabio Parisi ilə qarşılaşıb.
Rəqibinə vaxtından əvvəl 8:0 hesabı ilə qalib gələn S.Təhmasibi 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, yarışların ilk günündə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.

_______

Saman Təhmasibi məğlub oldu.

________

Sabahi Şəriəti 1/8 final mərhələsində Ukrayna idmançısı Mikola Kuçmiy ilə qarşılaşıb.
Rəqibindən bir baş üstün olan pəhləvanımız vaxtından əvvəl 8:0 hesabı ilə tam qələbə qazanaraq 1/4 finala yüksəlib.

________

Həsən Əliyev Belarus idmançısı Mixail Semyonovla qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.

______

Sabah Şəriəti 5:2 qalib gələrək yarım finala çıxdı. O, Gürcüstan güləşçisi Yakobi Kajaya ilə üz-üzə gəlib.

_______

Sabah Şəriəti yarımfinalda Belarus idmançısı İoseb Çuqoşvilini 6:0 məğlub etdi

____

Elvin Mürsəliyev Rusiya idmançısı Çingiz Labazanovu 4:2 məğlub edərək yarımfinala çıxıb

_____

Həsən Əliyev yarımfinalda məğlub oldu.

_________

Elvin Mürsəliyev yarımfinalda Gürcüstan təmsilçisi Z.Datunaşvilini 3:2 mğlub edərək finala çıxdı.

14-06-2015, 20:02



Fikirlər