Avropa Parlamentindən şok bəyanat

Avropa Parlamentindən şok bəyanat
Avropa Parlamentindən şok bəyanat

DÇ-2018 Rusiyada keçirilməməlidir!

Avropa Parlamenti FİFA-nın audit komissiyasının sədri Domenik Skalın fikirlərini dəstəkləyib.
komanda.az xəbər verir ki, Domenik Skal bildirmişdi ki, 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının ev sahiblərinin müəyyənləşməsi zamanı korrupsiya faktlarının olduğu aşkarlansa, mundial Rusiyada və Qətərdə keçirilməməlidi. Avropa Parlamentinin bununla bağlı yaydığı bəyanatda deyilir:
"Avropa Parlamentinin üzvləri ABŞ və İsveçrə hakimiyyətlərinin DÇ-1998, DÇ-2010, DÇ-2018 və DÇ-2022 ilə bağlı apardığı arşdırmaların vacib olduğunu bildirir. Parlamentarilər FİFA-nın mübahisələrin həlli və audit üzrə komitə sədrinin bəyanatını alqışlayır. Korrupsiya faktları aşkarlanacağı təqdirdə, mundiallara ev sahibliyi hüququnun Rusiya və Qətərə verilməsi etibarsız sayılmalıdı".
Avropa Parlamentinin üzvləri seçkilərə qədər FİFA prezidenti vəzifəsinin başqa şəxsə verilməli olduğunu da bəyan ediblər. Dekabra qədər bu vəzifəni Jozef Blatter icra etməlidi.
Bu arada məlum olub ki, FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası iyunun 20-də keçiriləcək. Xarici KİV-in verdiyi xəbərə görə, bu barədə məlumat təşkilatın saytında dərc olunub. Xəbərə görə, iclasda FİFA-nın yeni prezidentini seçəcək konqresin tarixi müəyyən ediləcək. Xatırladaq ki, mayın 27-də Sürixdə korrupsiya qalmaqalı ilə bağlı FİFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs edilib.
İyunun 2-də FİFA prezidenti Yozef Blatter vəzifəsindən istefa verib.
İlkin Həsənoğlu

13-06-2015, 11:40



Fikirlər