Bir gündə 170 uşaq diş həkiminə müraciət edir — Enerji içkilərinin yaratdığı dəhşətli statistika

Bir gündə 170 uşaq diş həkiminə müraciət edir — Enerji içkilərinin yaratdığı dəhşətli statistika














"Gün ərzində 170-dən çox uşaq diş çürüməsi problemi ilə diş poliklinikalarına müraciət edir".
Statistikanı "The British Dental Association" yayıb. Məlumatda bunun başlıca səbəbi kimi enerji içkiləri göstərilir.

Belə ki, enerji içkilərinin tərkibindəki kimyəvi maddə və şəkər azyaşlılarda dişlərin sürətlə çürüməsinə səbəb olur.
Qurumun rəhbəri Mick Armstrong bildirib ki, bir enerji içkisinin tərkibində təxminən 20 qaşıq şəkər var ki, bu da koka-kolanın tərkibində olan şəkərdən də çoxdur.

7-05-2018, 12:39



Fikirlər