Azərbaycanda dəhşət! — Yanan xəstəxanada 26 şəxs ölüb (YENİLƏNİB)

Azərbaycanda dəhşət! — Yanan xəstəxanada 26 şəxs ölüb (YENİLƏNİB)














Dəhşətli yanğında ölənlərin meyiti morqa gətirilib.
"Ölkə.Az"ın hadisə yerində olan müxbiri bildirib ki, artıq 24 nəfərin meyiti morqa gətirilib. Yaralılar isə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, bəzi mətbu orqanlar ölənlərin sayının 30, bəzisi isə 26 olduğunu qeyd edir.

***

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən "Ölkə.Az"a bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs yanaraq ölüb.

Bəzi mənbələr isə ölənlərin sayının 26 olduğunu bildirir. Qeyd edilir ki, dəhşətli yanğın nəticəsində mərkəzdə olan 26 nəfər yanaraq ölüb. Dəqiqləşdirmələr aparılır.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.

***
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.

"Ölkə.Az"ın xəbərinə görə, bu barədə FHN məlumat yayıb. ​

***

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib.

“Ölkə.Az” xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də "təcili tibbi yardım" briqadaları cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir. Binada xəstələr var, hazırda onların təxliyyə prosesi gedir.

Meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar.

2-03-2018, 07:33



Fikirlər