Bakıda Respublika Narkoloji Mərkəzində müəmmalı — ÖLÜM FAKTI

Bakıda Respublika Narkoloji Mərkəzində müəmmalı — ÖLÜM FAKTI















Ötən gün Xətai rayonu, Zığ şossesi 13-də yerləşən Respublika Narkoloji Mərkəzində ölüm faktı qeydə alınıb.
“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Mehdi Məmmədov müalicə aldığı Respublika Narkoloji Mərkəzin hamam otağında yıxılıb və baş nahiyyəsindən ağır xəsarət alıb. 41 yaşlı M.Məmmədov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə aparılıb.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırmalara başlanılıb. Ölümün bədbəxt hadisə nəticəsində baş verdiyi və ya qəsdən törədildiyi təyin olunan məhkəmə tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.

7-02-2018, 19:14



Fikirlər