Yasamalda meyit tapıldı

Yasamalda meyit tapıldı

Bakıda kişi meyidi tapılıb.

Milli.Az bildirir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun A.Şərifzadə küçəsi, ev 196 qarşısında üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyidi aşkar edilib.

Araşdırmalar zamanı meyidi tapılan şəxsin Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü Qaryağdı Şirin oğlu Şirinov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

31-03-2016, 07:54



Fikirlər