Arvadını bıçaqladı, 4 il 6 ay cəza aldı

Arvadını bıçaqladı, 4 il 6 ay cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını bıçaqlamaqda təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Eyvaz Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1978-ci il təvəllüdlü Eyvaz Kərimov keçmiş arvadı, 1980-ci il təvəllüdlü Ülkər Abdullayevanı qısqanclıq zəminində bıçaqlayıb. Ülkər Abdullayeva xəstəxanaya yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Eyvaz Kərimov tutulub. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eyvaz Kərimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

4-02-2016, 11:05



Fikirlər