“Vor zakon”un sevgilisi ilə son görüşü - Dəhşətli qətlin təfərrüatı

“Vor zakon”un sevgilisi ilə son görüşü - Dəhşətli qətlin təfərrüatı


Rusiyada ən gənc kriminal avtoritet kimi tanınan 25 yaşlı Maksim Frantsuzov Moskvada evi qarşısında killər tərəfindən öldürülüb.
“Fransız” ləqəbli Maksim bir müddət əvvəl həbsxanadan çıxıb. O, 2008-ci ildə oğurluqda şübhəli bilinərək, həbs edilib. İstintaq onun ölümü ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. Məlum olub ki, hadisə baş verən gün “Fransız” axşam saatlarında dostları ilə görüşmək üçün evdən çıxıb. Dostlarından əvvəl isə o, qonşu binada qalan sevgilisinin yanına gedib.
Bu onun sevgilisi ilə son görüşü olub. Dostlarının yanına gələn “Fransız” bir müddət sonra ona yaxınlaşan killer tərəfindən güllələnib. Ona 4 dəfə atəş açılıb. Güllərdən 3-ü “Fransız”, biri isə yaxınlıqdakı avtomobilə dəyib.
Qaçan cinayətkarı qonşular da görüb və polisə xəbər verib. Ancaq onu tutmaq mümkün olmayıb. Frantsuzov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətlin diqqət çəkən məqamı cinayətkarın iz buraxmaması olub. Ətrafa giliz düşməsin deyə o, silaha selofan keçirib. Kriminalistlərin fikrincə, cinaytəkar işini tələsik görüb.
İstintaqın nəticələrinə görə, qətl “Fransız”ın yaşadığı həyat tərzi ilə bağlı olub. Onun bioqrafiyası da çox qeyri-adidir.
“Fransız”ın "tac qoyma" mərasimi həbsxanada olarkən tanınmış avtoritet Ded Xasanın klanına daxil olan Qeq Kardav tərəfindən təşkil edilib. Yeri gəlmişkən, həbsxanada kiməsə "vor" ləqəbinin verilməsi çox nadir hallarda olur. Bu hadisədən sonra “Fransız” Xakasiya xüsusi rejimli koloniyasına göndərilib. Burada o, "vor" titulundan imtina edib. Ancaq bəzi məlumatlara görə, tituldan imtina Petrovka həbsxanasında olub.
2014-cü ildə azadlığa çıxan “Fransız” dərhal kriminal avtoritet Voskresin yanına gedib və tituldan imtina etmədiyini, bunun təxribat olduğunu deyib. "Sxodka" zamanı Ded Xasanın düşməni Şakro “Fransız”a qarşı çıxıb. O, “Fransız”a inanmadığını bildirib.
Bəzi mənbələr iddia edir ki, “Fransız” həbsxanada qaldığı müddətdə külli miqdarda pul yığıb və bununla özünə yeni klan yaratmaq istəyib. Ded Xasanın düşmənləri bunun qarşısını almaq üçün “Fransız”ı öldürmək qərarına gəliblər.
Moskva polisi Maksim Frantsuzovun qatilinin axtarışlarının davam etdiyini bildirib.
Samir

24-09-2015, 11:17



Fikirlər