Azərbaycanda 2000 hektar otlaq sahəsi yandı

Azərbaycanda 2000 hektar otlaq sahəsi yandı

Ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədləri boyunca dağlıq ərazidə 2000 ha sahədə otlaq sahələr yanıb. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri, neft buruqları və heyvan yataqları yanğından mühafizə olunub.

24-06-2015, 10:20



Fikirlər