Bakıda piyadanı vuran qadın sürücü zəncirvari qəza törətdi

Bakıda piyadanı vuran qadın sürücü zəncirvari qəza törətdi

Ötən gecə Bakının Nəsimi rayonunda idarə etdiyi avtomobillə piyadanı vuran qadın sürücü daha sonra zəncirvari qəzaya səbəb olub. APA-nın məlumatına görə, hadisə Cavadxan küçəsində baş verib.

Məmmədova Xəyalə Arif qızı "Toyota" markalı avtomobillə 4-cü mikrorayon istiqamətində hərəkətdə olarkən, metronun "Nəsimi" stansiyası yaxınlığında yolu keçmək istəyən gənc qızı vurub. Bundan sonra özünü itirən Xəyalə Məmmədova avtomobili yol kənarında dayanmış "Hyundai" və "KİA" markalı avtomobillərə çırpıb. Yaralı piyada ətrafdakı şəxslərin köməkliyi ilə xəstəxanaya aparılıb. Hər üç avtomobilə isə ciddi ziyan dəyib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsini əməkdaşları gəliblər, ərazidə ilkin müayinələr aparılıb. Piyadanı vuran, daha sonra isə avtomobilini iki maşına çırpan sürücü Xəyalə Məmmədovanın ifadəsi alınıb.

İstintaq hadisənin dəqiq səbəbi, eləcə də, yaralanan piyadanın şəxsiyyətini araşdırır.

24-06-2015, 10:19



Fikirlər