Qızı atın quyruğuna bağlayaraq öldürdülər - Azərbaycanda dəhşət

Qızı atın quyruğuna bağlayaraq öldürdülər - Azərbaycanda dəhşət

Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.

Hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, rayonun Alar kəndində gənc qız faciəvi şəkildə ölüb.

Deyilənlərə görə, qızı atın quyruğuna bağlayaraq uzun müddət yerlə sürüyüblər. Hadisə nəticəsində qız ölüb.

Cəlilabad rayon polis şöbəsindən və Prokurorluğundan faktı təsdiqlədilər. Lakin hadisə barədə hələlik ətraflı məlumat verilməyib.

Qızın kim tərəfindən atın quyruğuna bağlandığı bilinmir.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

18-06-2015, 21:16



Fikirlər