Şair Saday Şəkərlinin məhkəməsi başlayıb

Şair Saday Şəkərlinin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İclasda S.Şəkərlinin vəkili Bəhruz Bayramov 3 vəsatətlə çıxış edib. Vəsatətlər cinayət işinə xitam verilməsi, seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və telefon danışıqlarının çıxarılmasını istəyib. Vəsatətlərin yalnız zərərçəkən şəxslə Saday Şəkərlinin telefon danışlıqlarının çıxarılması təmin edilib. Məhkəmə baxışı aprelin 1-ə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, S. Şəkərov (Saday Şəkərli) Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir.

28-03-2016, 09:04



Fikirlər