Bioreaktorla kök hüceyrə alındı

Bioreaktorla kök hüceyrə alındı

Məlumata görə Türkiyədə Quantum cihazı ilə kök hüceyrə yaradılıb. Sümük iliyindən alınan hüceyrələr daxil olmaqla bioloji və ya biokimyəvi prosesləri təmin edən avadanlıq klinika tətbiqlərində istifadə edilə bilər. Bu müalicə üsulu immunitet sistemi ilə əlaqədar xəstəliklərin qarşısının alınmasında faydalı hesab olunur.

Məlumatda oda bildirilir ki, 'Quantum' adı verilən avadanlıqdan istifadə ilə 10 gündə 160 min hüceyrədən 200 milyon hüceyrə əldə etmək olur.
Əldə olunan kök hüceyrə kök hüceyrə istehsalında əhəmiyyətli irəliləmələr təmin edə bilər.
Həmçinin bu işlərin beynəlxalq standartlara və tələblərə uyğun olması vacibdir.

Elm insanlarının son illərdə maraqını çəkən kök hüceyrələrin, sümük iliyi qeyri-kafiliyi və immunitet sistemini maraqlandıran xəstəliklərin müalicəsi üçün kliniki tətbiqlərdə istifadə edildiyini vurğulayan alimlər, bunları qeyd edib: "Artıq xəstəxanamızda dünyada yalnız 9 mərkəzdə olan cihazla bioloji mühit birə-bir təmin edilə bilir. Bu cihaz sürətli və standart istehsalı təmin edir. Çox yeni olan texnologiya dünyada bu anda 9 mərkəzdə qurulmuş vəziyyətdədir. Eyni zamanda bizdə də quruldu. Əksəriyyətlə ABŞ-da, Almaniyada, Belçikada, Danimarkada və Taylandda olan bu cihazla kök hüceyrə istehsalı Türkiyədə ilk dəfə xəstəxanamızda başlamışdır."

Onuda qeyd etmək lazımdır ki, bəzi şəfa ocaqlarında olan bu tipli avadanlıqlar hüceyrə istehsalında sürətli və standart istehsalı təmin edir.

7-09-2015, 11:36



Fikirlər