Yer kürəsində buzlaşma dövrü başlayacaq

Yer kürəsində buzlaşma dövrü başlayacaq

Rusiya və Böyük Britaniyanın bir qrup alimi iddia edir ki, 15 ildən sonra yer üzündə buzlaşma dövrü başlayacaq.

Belə ki, qlobal soyuqlaşma 2030-cu ildə gözlənilir. Nəticədə Temza çayı buzla örtüləcək. Bu dövr 1645-1715-ci illər dövrünü xatırladacaq. O dövrdə Avropa və Şimali Amerika ərazisində güclü şaxtalar qeydə alınmışdı. Ekspertlər əmindirlər ki, bu mərhələdə buzlaq kataklizminin təkrarlanması mümkündür, çünki planetimizin mövcudluğu tarixində qlobal istiləşmə və soyuqlaşma həmişə yerini dəyişir. Hələ XIX əsrdə britaniyalı alim bildirmişdi ki, Günəşdə baş verən dəyişikliklər iqlimə təsir edir. Göy cismində ləkələrin sayı azaldığından belə hadisələr baş verir.
"Zaman Azərbaycan"

7-09-2015, 11:36



Fikirlər