Məşhur aktrisa 77 yaşlı fahişəyə "dönür"

Məşhur aktrisa 77 yaşlı fahişəyə "dönür"

"Sense and Sensibility" filmindəki möhtəşəm rolundan sonra dünyaca məşhurlaşan, 2 "Oskar" mükafatı alan aktrisa Emma Tompson 77 yaşlı fahişə rolunu oynayır.

56 yaşlı aktrisa bu rolu maksimum dərəcədə inandırıcı canlandırmaq üçün hər gün 6 saat makiyaj və vizaj ustalarının "əzablı prosedur"larına məruz qalır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, E.Tompson "The Legend of Barney Thomson" filmində Kamolina rolunu oynayır.

Hər gün çəkiliş meydançasında Emma Tompsonun simasına silikon protezlər qoyulur, aktrisa "qocaldılır".

Prosesə "The Iron Lady" filmində aktrisa Meril Stripi Britaniyanın mərhum baş naziri Marqaret Tetçer obrazına hədsiz dərəcədə bənzətdiyi üçün BAFTA mükafatına layiq görülmüş tanınmış vizaj ustası Mark Kule rəhbərlik edir.

Rejissor Robert Karlaylın "The Legend of Barney Thomson" filmi Edinburq Film Festivalında göstəriləcək.

21-07-2015, 13:22



Fikirlər